Mingəçevir şəhər bələdiyyəsi
Fotoqalereya
Bələdiyyə haqqında məlumat
 Mingəçevir Bələdiyyəsi 12 dekabr 1999-cu ildə yaradılmışdır. İkinci çağırış bələdiyyə seçkiləri 17 dekabr 2004-cü ildə olmuşdur. Üçüncü çağırış bələdiyyə seçkiləri 23 dekabr 2009-cu ildə olmuşdur. Bələdiyyəyə 17 nəfər seçilmişdir.  Dördüncü çağırış bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ildə olmuşdur. Bələdiyyəyə 19 nəfər seçilmişdir. Bələdiyyə qanunvericiliyə əsasən öz iclasında formalaşdırdığı daimi və müvəqqəti komissiyalar vasitəsi ilə işlərini həyata keçirir.

Bələdiyyənin mülkiyyətində 2 park (Sahil, S.Vurğun adına), 8 fəvvarə vardır. Bələdiyyənin büdcəsinə uyğun olaraq park və fəvvarələrdə, məhəllələrdə tikinti-abadlıq işləri aparır.
Məhəllələrin problemlərinin müəyyənləşdirilməsi və həll edilməsi məhəllə komitələri vasitəsilə həyata keçirilir. Hazırda bələdiyyənin şəhərin müxtəlif ərazilərini əhatə edən 96 məhəllə komitəsi vardır.
Xəbərlər bloku
Mingəçevir bələdiyyəsi “N” saylı hərbi hissədə
Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində “N” saylı hərbi hissədə “Açıq qapı” günü təşkil olunub. daha ətraflı
Mingəçevir Bələdiyyəsi yeni layihəyə start verib.
Şəhərin mərkəzində, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə Fəvvarə meydanının yenidən qurulmasına başlanılıb. daha ətraflı
Mingəçevir bələdiyyəsi yeni bir “Abad məhəllə” yaratdı
Mingəçevir bələdiyyəsi “Aran” məhəllə komitəsinin müraciətini nəzərə alaraq, 20 Yanvar küçəsindəki 18, 20 və 22№li binaların qarşısındakı boş ərazidə “Abad məhəllə” layihəsini həyata keçirdi. daha ətraflı

   
Mingəçevir şəhər bələdiyyəsi